Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı “Gürcü Arzusu” yayıb.
Bildirilib ki, telefon danışığı Fransa Prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.
“Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib” - “Gürcü Arzusu”nun məlumatında qeyd edilib.
Oxşar xəbərlər
Bidzina İvanişvili: Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq
Makron: İstefa vermək niyyətində deyiləm
Makron: Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür
Gürcüstanda İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı araşdırma aparılır
Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













