MİT Əfqanıstan-Pakistan sərhədində İŞİD üzvünü ələ keçirib
sizinxeber.az xəbər saytı

MİT Əfqanıstan-Pakistan sərhədində İŞİD üzvünü ələ keçirib


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Pakistan kəşfiyyat təşkilatı İSİ ilə birgə keçirdiyi əməliyyatda axtarılan İŞİD liderlərindən biri olan Özgür Altun Pakistan-Əfqanıstan sərhədində ələ keçirilib.

APA xəbər verir ki, MİT, Avropa və Orta Asiyadan gələcək İŞİD üzvlərinin Əfqanıstan-Pakistan bölgəsinə türk əsilli şəxs vasitəsilə keçəcəyini, həmin şəxsin eyni zamanda təşkilatın media və logistikadan cavabdeh İŞİD üzvü olduğunu müəyyən edib.

Araşdırmalar nəticəsində həmin şəxsin Əbu Yasir Əl-Türki ləqəbli Özgür Altun olduğu müəyyən edilib.

Daha sonra MİT və İSİ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD üzvü Altun Pakistan-Əfqanıstan sərhədində tutularaq Türkiyəyə deportasiya edilib.

Oxşar xəbərlər

Pakistan-Əfqanıstan sərhədində toqquşmalarda 28 nəfər ölüb
Əfqanıstan Ordusunun Baş Qərargah rəisi: Ölkədə İŞİD tamamilə məhv edilib
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir
Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma olub, ölən və yaralananlar var
Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda 19 Pakistan əsgəri öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər