Hakan Fidan: Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə, ABŞ-ın gözündə arzuolunmaz vəziyyətə düşəcək
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə, ABŞ-ın gözündə arzuolunmaz vəziyyətə düşəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri əsnasında Rusiya – Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı bir sıra fikirlərini bölüşüb.

APA “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla, bir sıra rəsmilərlə görüş keçirəcəyini açıqlayıb.

Hakan Fidan deyib ki, Rusiyada olduğu kimi ölkəsinin atəşkəsin önəmi ilə bağlı mövqeyi rəsmi Kiyevin də diqqətinə çatdırılacaq:

“Hər iki tərəf həqiqətən də atəşin dayandırılmasını istəyir. Lakin onların bununla bağlı tələbləri fərqlidir. Həmin tələbləri razılaşdırmağa ehtiyac var. Bunun üçün isə danışıqlar və vasitəçilik tələb olunur. Mən hesab edirəm ki, ölkəmiz də daxil olmaqla vasitəçilik edən tərəflərin təklif etdikləri yeni perspektivlər bu prosesdə mühüm rol oynayır. Nizamlanma prosesinə məsul olan bütün ölkələr müəyyən addımlar atmalı və yükü öz üzərinə götürməlidir. Hazırda biz vasitəçilik sayıla biləcək bir çox funksiyaları yerinə yetiririk. Lakin irəliləyişə yalnız bir vasitəçi ilə nail olmaq olmaz”.

Hakan Fidan ABŞ-ın da bu prosesdə iştirakına toxunub. Türkiyəli nazir bəyan edib ki, indiki halda Rusiyanın da eyni addımı atması zəruridir:

“Donald Tramp prosesin əvvəlindən qətiyyət, ABŞ və Avropa isə rəsmi Vaşinqtonla mövqelərin uzlaşdırılması məsələsində dayanıqlılıq nümayiş etdirib. Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə, ABŞ-ın gözündə arzuolunmaz vəziyyətə düşəcək. Biz ruslar, ukraynalılar və avropalılarla təmasdayıq. Onlar bizə müraciət edir, nəyisə soruşub öyrənməyə çalışırlar. Çünki baş verənlər hər üçünün marağındadır”.

Oxşar xəbərlər

Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həllindən danışıb
Hakan Fidan: Ukrayna-Rusiya münaqişəsinin nüvə müharibəsinə çevrilmə riski var
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq
Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşüb
Hakan Fidan Suriya Danışıqlar Komissiyasının sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle