Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endirib
sizinxeber.az xəbər saytı

Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endirib


Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz təyyarə ilə zərbə endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə husi silahlılarının sözçüsü Yəhya Sariya bildirib.

"Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrailin Yaffo bölgəsindəki mühüm hərbi obyektlərinə üç pilotsuz uçuş aparatı ilə hücum edib. Həmçinin bir pilotsuz uçan aparatı ilə işğal altındakı Aşkelondakı kritik obyektə hücum edib", - o bildirib.

İsrail ordusu ölkənin hava məkanına şərqdən yaxınlaşan pilotsuz uçuş aparatının qarşısını aldığını açıqlayıb. Ordunun mətbuat xidməti bildirib ki, pilotsuz təyyarə İsrail hava məkanına girməzdən əvvəl ələ keçirilib.

Oxşar xəbərlər

Husilər Təl-Əviv yaxınlığındakı iki hərbi obyektə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əviv və Aşkelon şəhərlərini dronlarla vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər İsrailin sənaye zonasına hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əviv yaxınlığındakı hərbi obyekti vurublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər