

Rusiya XİN Lavrov-Rubio telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Amerika tərəfi Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı barədə məlumat verib.
Amerika nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Lavrov güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini və daha çox qan tökülməsini istisna edəcək həll yolu tapmaq məqsədi ilə bütün tərəflər üçün siyasi dialoqa getməyin vacibliyini vurğulayıb.
Fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə olunub.
Lavrov və Rubio təmasları davam etdirməyə razılaşıblar.
***
05:57
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı husilərə qarşı hərbi əməliyyatı müzakirə edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Rubio vurğulayıb ki, Qırmızı dənizdə husilərin ABŞ hərbi və ticarət gəmilərinə davamlı hücumları qəbuledilməz hesab olunacaq”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Lavrov Rubio ilə telefon danışığı aparıb
Lavrov səudiyyəli həmkarı ilə telefon danışığı aparıb
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
