Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik


1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik. Keçmişin acılarını siyasi səbəblərdən istifadə etmək cəhdlərinin heç bir əsası yoxdur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə qlobal səviyyədə və öz bölgəsində hər zaman sülh, dialoq, qarşılıqlı anlaşma və ortaq rifahın inkişafının tərəfdarı olub.

“Ölkəmiz bu anlayışla arxivlərini açmış, 1915-ci il hadisələrini ədalətli və elmi şəkildə araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Sizə xatırladırıq ki, radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinə təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik”, - deyə bəyanatda vurğulanıb.

Oxşar xəbərlər

Tramp 1915-ci il 24 apreldə baş verən hadisələri “soyqırımı” adlandırmayıb
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Türkiyə XİN Avropa Komissiyasının hesabatındakı ədalətsiz qiymətləndirmələri rədd edib
Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Türkiyə Prezidenti: Ortaq əlifbaya keçə bilsək, böyük birləşməyə nail olacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle