Tehranda hava çirkliliyi səbəbilə məktəblərdə tətil elan olunub
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən məktəblər bağlanıb.
Sizinxeber.az xəbər verir ki, Tehran valiliyinin verdiyi açıqlamaya görə, yüksək hava çirkliliyinin davam etməsi səbəbilə Dəmavənd və Firuzkuh bölgələri, həmçinin universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tətil elan edilib.
Buna uyğun olaraq təlimin distant şəkildə aparılacağı bildirilib.
Tehran Hava Keyfiyyətinin Ölçmə Qurumunun apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirkliliyi 150 mikroqram/kubmetr səviyyəsində olub.
Bu göstərici isə o deməkdir ki, havanın keyfiyyəti hamı üçün zərərlidir.
Sabah Tehranın yaxınlığındakı Əlborz vilayətində də məktəblərin bağlanacağı bildirilib.
Qeyd edək ki, havanın dövranı üçün uyğun olmayan coğrafi relyef, əhalinin sıxlığı və istifadə olunan yanacağın keyfiyyətsizliyi Tehranda havanın çirklənməsini artıran amillərdəndir.
Oxşar xəbərlər
Pakistanda məktəblər bir həftəlik bağlanıb
Havanın çirklənməsi səbəbindən ötən il 30 min iranlı ölüb
Tehranda Ali Məhkəmənin 3 hakimi güllələnib, ikisi ölüb
Hava sabitləşəcək, yağıntı kəsiləcək
Sentyabrın ilk gününün hava proqnozu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
