Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 47161 nəfərə çatıb
15 aydan çoxdur İsrailin hücumları altında olan Qəzza zolağında son 24 saatda 54 nəfərin cəsədi xəstəxanaya çatdırılıb.
Sizinxeber.az xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəsin 4-cü günündə Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Məlumatda bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 54 ölü və 19 yaralı daxil olub.
Həlak olanların 53-nün cəsədinin dağıntılar altından çıxarıldığı, bir nəfərin isə əvvəlki hücumlarda aldığı xəsarətlərdən öldüyü bildirilib.
Beləliklə İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 47 min 161 nəfərə, yaralıların sayı isə 111 min 166 nəfərə yüksəlib.
Mülki müdafiə qrupları dağıntılar altında qalanlara çatmaq üçün axtarış-xilasetmə işlərini davam etdirir. Dağıntılar altında və yolun kənarlarında hələ də cansız cəsədlərin olduğu bildirilir.
Oxşar xəbərlər
Qəzzada ölənlərin sayı 41 min nəfərə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin hücumları zamanı Livanda ölənlərin sayı 3445-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 43 min 552 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












