İstanbulda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
sizinxeber.az xəbər saytı

İstanbulda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb


Dekabrın 12-də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında ucaldılan abidəsi ziyarət olunub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer Bələdiyyəsinin sədr müavini Meltem Yücel, Sarıyer bələdiyyəsinin, konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Baş konsul Nərminə Mustafayeva Ulu Öndər Heydər Əliyevin həyatını Azərbaycan xalqının rifahı və gələcəyinə həsr etdiyini bildirib. O, həmçimin, Heydər Əliyevin irsi və onun başlatdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.

Sarıyer Bələdiyyə başqan müavini Meltem Yücel isə öz növbəsində Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin özləri üçün deyil, xalqları üçün yaşadıqlarını vurğuıayıb. O qeyd edib ki, müasir Azərbaycan Heydər Əliyevin ən böyek mirasıdır. Ölkə siyasi və iqtisadi sahələrdə böyük uğurlara imza atır. Onun sözlərnə görə, bu uğurun təməlində Heydər Əliyevin siyasi vizyonu olub.

Oxşar xəbərlər

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin abidəsini ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Heydər Əliyev və Azərbaycanda insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr - Zəfər Günü İstanbulda qeyd edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər