"Heydər Əliyev və Azərbaycanda insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans təşkil olunub.
Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, FHN yanında İctimai şuranın üzvləri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxış edərək, Heydər Əliyevin ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb.
Nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.
Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Dahi Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.
FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.
Oxşar xəbərlər
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə iqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunması ilə bağlı konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi fəaliyyətə başlayıb - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












