İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin abidəsini ziyarət edib
41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 3-də şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət olunub.
APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazıçısı Elçin, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yazarlarımız və naşirlərimiz iştirak ediblər.
Ulu öndərin abidəsi önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı abidəsi 2006-cı ildə ucaldılıb. Həmin ilin 12 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə abidənin açılışı keçirilib.
Xatırladaq ki, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə 2-10 tarixlərində keçirilən İstanbul sərgisinin "fəxri qonaq ölkə"sidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.
Oxşar xəbərlər
Vladimir Putin Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












