8 Noyabr - Zəfər Günü İstanbulda qeyd edilib
8 Noyabr - Zəfər Günü İstanbulda konsert proqramı ilə qeyd edilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Qarabağ Zəfərinin Azərbaycanın şanlı tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldığını və qırx dörd günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Qələbənin bütün Türk dünyasının qüruru olduğunu deyib.
Baş konsul bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bacarığı, Azərbaycanın qüdrətli Ordusunun gücü ilə biz tarixi torpaqlarımızı qaytardıq. Artıq dörd ildir biz bu sevinci yaşayır, şanlı Qələbəmizi qeyd edir və tarixi torpaqlarımızda bərpa-yenidənqurma işləri aparırıq. Artıq bir çox ailə öz əzəli yurd-yuvasına qayıtmağın sevincini yaşayır.
O, bu tarixi Zəfərin əldə edilməsində Türkiyənin ölkəmizə verdiyi siyasi dəstəyi və iki qardaş ölkə arasındakı sıx münasibətlərin hər gün daha da inkişaf etdirildiyini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Atatürk Mədəniyyət Mərkəzində keçirilən konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndirilib.
Oxşar xəbərlər
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Zəfər parkında olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












