Suriyadakı hadisələrlə bağlı İraq sərhədləri tamamilə bağlanıb
İraq administrasiyası Suriyadakı hadisələrin ardınca ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.
APA xəbər verir ki, qərar Suriyada müxaliflərin Hələb və İdlib şəhərlərindən sonra Əsəd rejimi qüvvələrinin nəzarətində olan Hama şəhərinə də daxil olmasından, Dəməşqdə Əsədə qarşı çevriliş olduğu iddialarının mətbuata çıxmasından sonra qəbul olunub.
İraqın Birgə Əməliyyatlar Komandanının müavini general-leytenant Qeys əl-Məhəmmədavi İraqın İNA xəbər agentliyinə verdiyi açıqlamada ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.
İraq Sərhəd Qüvvələrinin komandanı general Məhəmməd Əbdülvahab əl-Sueydi isə İraq-Suriya sərhədində gücləndirilmiş iş rejiminə keçildiyini bildirib.
Oxşar xəbərlər
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib
Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir
Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb - YENİLƏNİB 1
Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib, PKK-nın üç üzvü öldürülüb
Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













