Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb
sizinxeber.az xəbər saytı

Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb


Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda səsvermə başa çatıb.

Sizinxeber.az-nın xəbərinə görə, artıq saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verdiyi, beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılıb.

Saat 18.00-a seçici fəallığı 61,56 faiz olub. Saat 20.00-da başa çatan referendumda yekun seçici fəallığı yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, ölkədə AES tikilməsi üçün referendumda səs verənlərin 50 faizindən çoxunun bu qərarı dəstəkləməsi lazımdır. Referendumun nəticəsi səsvermədən sonra 7 gün ərzində açıqlanmalıdır.

Oxşar xəbərlər

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
MSK: Saat 10:00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub - YENİLƏNİB
MSK: Saat 15:00-a qədər respublika üzrə seçici fəallığı 29,49 faiz olub - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər