MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub - YENİLƏNİB


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

10: 39

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər respublika üzrə 636 842 nəfər səs verib, seçici fəallığı 9.92 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

Oxşar xəbərlər

MSK: Saat 10:00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə saat 12:00-a olan seçici fəallığı açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər