

Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Sizinxeber.az-nın xəbərinə görə, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.
Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini əhatə edib, 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
6 421 960 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub.
Səsvermə üçün 6 516 567 bülleten çap edilib. Seçkilərdə 25 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Parlament seçkilərini izləmək üçün 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Oxşar xəbərlər
Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
MSK: Saat 10:00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub
Parlament seçkiləriylə əlaqədar səsvermə vəsiqələrinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
