Cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin hansı ölkə vətəndaşları olduqları açıqlanıb
Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhbuslar arasında Amerika Birləşmiş Ştatlar, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiva, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya, Ukrayna, Qazaxıstan vətəndaşları da var.
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov deyib.
O bildirib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var:
"Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşlarıdırlar".
O əlavə edib ki, əcnəbi məkumların sosial həyatdan tam uzaq olmaması üçün müəyyən şərait yaradılıb ki, onlar azad olunduqdan sonra cəmiyyətdən kənarda qalmasınlar.
"Həftədə 2 dəfə 15 dəqiqə telefon danışıqları edilir. Hətta artıq bu telefon danışıqları video görüşlərə də çevrilib. Məhkumlar ailə üzvləri ilə video görüş edə bilir, həmçinin qısa müddətli və 3 günlük ailə üzvləri ilə görüşlər edilir", - deyə Ziya Dadaşov əlavə edib.
O qeyd edib ki, şəhərlərarası danışıqlar məhbusun öz vəsait haqqı ilə və ya yaxın qohumları hesabına olur, amma video görüşlər üçün belə bir məhdudiyyət nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var - RƏSMİ
Naxçıvanda cəzaçəkmə müəsissəsinin qadın nəzarətçisi barəsində cinayət işi başlanıb
Bu il Azərbaycana 1.5 milyondan çox turist gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
