HƏMAS Qəzzada cəsədləri tapılan israilli əsirlərin ölümdən əvvəlki görüntülərini yayıb
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında cəsədləri tapılan israilli əsirlərin ölümdən əvvəlki görüntülərini yayıb.
Sizinxeber.az xəbər verir ki, yayılan videoda əsirlər İsrail hökumətini uğursuzluqda ittiham edib, sağ-salamat azadlığa buraxılmaları üçün edilən hər cəhdin uğursuzluğa düçar olduğunu bildiriblər.
Görüntülərdə bir israilli məhbus “Lütfən, bizə laqeyd qalmayın və bombardmanı dayandırın” deyə müraciət edir.
Əsirlərdən biri İsrailin bombardmanında ölməmək üçün HƏMAS-ın onları 10 dəfə müxtəlif yerlərə köçürdüyünü qeyd edib.
Hamilə həyat yoldaşı, 2 yaşlı oğlu və xəstə valideynlərini geridə qoyduğunu bildirən əsirlərdən biri olan Aleksandr Lobanov İsrail xalqını Netanyahu rəhbərliyinə qarşı küçələrə çıxmağa çağırıb.
Oxşar xəbərlər
HƏMAS hücumlar dayanacağı təqdirdə əsirlərin sağ-salamat qayıdacağını bildirib
HƏMAS İsraili girovlarla hədələyib
KİV: İsrail HƏMAS-a qarşı mübarizədə hərbi potensialını tükədib
Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
