Rusiya XİN: Moskva və Ankara dinc Cənubi Qafqazda maraqlıdır
Moskva və Ankara dinc və proqnozlaşdırıla bilinən Cənubi Qafqazda maraqlıdır.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, səfər zamanı Rusiya XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı müzakirəsini planlaşdırırlar. "Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır", - deyə Rusiya XİN-nin bəyanatında bildirilib.
Oxşar xəbərlər
Lavrov və Fidanın Moskva danışıqlarında müzakirə edəcəyi əsas məsələlər açıqlanıb
Putin: Rusiya və İran Cənubi Qafqazda sülhün tərəfdarıdır
Mirzoyan: İrəvan Moskva ilə dialoqu davam etdirməyi hədəfləyir
Zaxarova: Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır
Lavrov: Rusiya “3+3” regional əməkdaşlıq platformasını olduqca perspektivli hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












