İran və Rusiya XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, tərəflər söhbət zamanı İslamabad memorandumunu, eləcə də bəzi regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Əraqçi memorandumun detalları barədə məlumat verərək, onun müddəalarının düzgün icrasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib. İranlı nazir həmçinin Livana qarşı hücumların tam dayandırılmasının vacibliyini vurğulayıb.
Lavrov isə memorandum mətninin yekunlaşmasını alqışladığını bildirərək, Rusiyanın onun müddəalarının həyata keçirilməsini tam dəstəklədiyini qeyd edib.
Xarici işlər nazirləri beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının memorandumun icrasına dəstək verməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin region ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə diplomatik əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Oxşar xəbərlər
Lavrov Əraqçiyə İran-ABŞ atəşkəsinin qorunmasının vacibliyini bildirib - YENİLƏNİB
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Hakan Fidan və Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər
Rusiya XİN Lavrov-Araqçi görüşünün təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
