"Politico": ABŞ-nin neft sektoru nümayəndələri Trampı qiymət artımı barədə xəbərdar ediblər
ABŞ-nin neft sənayesi nümayəndələri Prezident Donald Tramp administrasiyasını xammal ehtiyatlarının azalması fonunda yaxın həftələrdə neft qiymətlərindəki mümkün artım barədə xəbərdar ediblər.
"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Bildirilib ki, müvafiq xəbərdarlıqlar son həftələrdə ABŞ administrasiyasının nümayəndələrinə, o cümlədən Nazirlər Kabinetinin üzvlərinə göndərilib.
Neftçilərin narahatlığı Yaxın Şərqdən tədarüklərin dayanması fonunda bazarın getdikcə daha çox anbarlardakı neft və neft məhsullarından asılı vəziyyətə düşdüyünə dair qiymətləndirmələrlə bağlıdır.
Neft şirkətlərindən birinin rəhbərinin sözlərinə görə, xammal ehtiyatları artıq təhlükəli dərəcədə aşağı səviyyədədir. "Politico"nun mənbələri qiymət artımının artıq iyunun ikinci yarısında baş verə biləcəyini bildirirlər.
Bununla yanaşı, Ağ Evin nümayəndəsi nəşrə bildirib ki, onun mənbələrinin məlumatı həqiqəti əks etdirmir.
Oxşar xəbərlər
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb
“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır
"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir
Pakistanın neft ehtiyatları ABŞ ilə birgə işlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
