Rusiya Nikol Paşinyanın uduzmasını istəyir - Rubio
sizinxeber.az xəbər saytı

Rusiya Nikol Paşinyanın uduzmasını istəyir - Rubio


20:45

Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan çox da razı deyillər və Paşinyanın seçkidə məğlub olmasını istəmələrinə işarələr var.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

“Mən də qeyd etmək istərdim və hesab edirəm ki, bu açıq mənbələrdən yaxşı məlumdur ki, ruslar bizim orada olmağımızdan çox da razı deyillər. Düşünürəm ki, ruslar hazırkı baş nazirin məhz Birləşmiş Ştatlarla inkişaf edən münasibətlərə görə seçkilərdə uduzmasını istəyirlər”, - o bildirib.

Rubio qeyd edib ki, biz Ermənistanın suverenliyini pozmuruq:

"Biz onlardan digər ölkələrlə dostluqlarından imtina etmələrini istəmirik. Biz sadəcə olaraq münasibətlərimizin yalnız sülh üzərində qurulmamasını istəyirik. Sülh vacibdir, amma bu, yalnız başlanğıcdır və iqtisadi imkanlar açır”.

Oxşar xəbərlər

Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil
Marko Rubio: Rusiya və Ukrayna ərazi mübadiləsini müzakirə etməlidir
Marko Rubio: ABŞ NATO-da qalacaq
TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio
Rubio Çini ABŞ-nin əsas geosiyasi rəqibi adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər