Çin doğum nisbətini artırmaq üçün subsidiya tətbiq edəcək
Çin Xalq Respublikasının Dövlət Şurası üç yaşınadək hər uşağa 3600 yuan (təxminən 500 ABŞ dolları) məbləğində subsidiya təqdim edən uşaq tərbiyəsi üçün subsidiya sisteminin tətbiqi planını dərc edib.
Sizinxeber.az xəbər verir ki, plana əsasən, Çin 2025-ci il yanvarın 1-dən əvvəl doğulan üç yaşınadək uşaqlar üçün subsidiyalar ödəyəcək.
“Bu plan ÇKP MK-nın doğuşa dəstək sistemini və həvəsləndirmə mexanizmlərini təkmilləşdirmək, habelə uşaq sahibi olmaq üçün əlverişli cəmiyyətin yaradılmasını təşviq etmək planlarını həyata keçirmək üçün hazırlanıb”, - Dövlət Şurası qeyd edib.
2025-ci il yanvarın 1-dən əvvəl doğulmuş və üç yaşına çatmamış uşaqlar üçün müavinət, ödənişin ödənilməli olduğu ayların sayına mütənasib olaraq hesablanır.
Dövlət Şurası həmçinin müavinətin şəxsi gəlir vergisindən azad olduğunu açıqlayıb.
Qeyd edək ki, müasir Çin ciddi demoqrafik problemlərlə, o cümlədən gender balanssızlığı və əhalinin qocalması ilə üzləşir. Bu tendensiyanın əsas səbəbi 1970-ci illərin sonlarında ölkədə tətbiq edilən “bir ailə – bir uşaq” siyasətidir ki, bu siyasətə əsasən, şəhərlərdə ailələrə yalnız bir uşaq, kəndlərdə isə əgər birinci uşaq qız olarsa, iki uşaq dünyaya gətirməyə icazə verilirdi.
Oxşar xəbərlər
Fermerlər subsidiya üçün SİS-ə daxil etməli olduğu sənədə dair tələb dəyişib
Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür
Nazir: Ötən il Azərbaycanda fermerlərə 362,5 mln. manat subsidiya ödənilib
Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək
Camış balasına görə 100 manat subsidiya veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
