Yaponiya Baş naziri istefa verəcəyinə dair xəbərləri təkzib edib - YENİLƏNİB
Yaponiyanın Baş naziri Şigeru İşiba istefa verəcəyi ilə bağlı xəbərləri təkzib edib.
APA Yaponiya mediasına istinadən xəbər verir ki, İşiba yayılan xəbərlərin doğru olmadığını bildirib və vəzifədə qalacağını vurğulayıb.
O, Yaponiyada insanların rifahını təmin etmək üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, bəzi media orqanları Yaponiyanın Baş nazirinin növbəti həftələrdə istefa verəcəyini öz yaxın məsləhətçilərinə deməsi ilə bağlı xəbərlər dərc edib.
***
10:00
Yaponiya Baş naziri Şigeru İşibanın gələn ayın sonuna qədər istefasını elan edəcəyi gözlənilir.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, istefaya dair məlumat İşiba ilə ABŞ Prezidenti Donald Tramp arasında avtomobil idxalına tətbiq olunan tariflərin azaldılmasını və digər mallara yeni rüsumların qarşısını alan ticarət sazişinin açıqlanmasından sonra yayılıb.
Seçkilərdəki uğursuzluqdan sonra İşiba bəyan edib ki, ticarət razılaşmasını yekunlaşdırmaq və ölkədəki artan iqtisadi problemlərlə mübarizə aparmaq üçün hələlik vəzifəsində qalacaq. “Müqavilənin nəticələrini tam araşdırmadan qərar verə bilmərəm”, – deyə o, çərşənbə günü jurnalistlərə bildirib.
"Yomiuri" qəzetinin məlumatına görə, İşiba çərşənbə axşamı yaxın ətrafına bildirib ki, ticarət sazişi başa çatdıqdan sonra seçki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürəcək.
Xatırladaq ki, İşiba ötən il keçirilən liderlik yarışında sərt xətt tərəfdarı olan Sanae Takaichini məğlub etmişdi. Gözlənilir ki, Baş nazir bu gün günün ikinci yarısında hakim partiyanın əsas fiqurları ilə bir araya gələrək seçkinin nəticələrini müzakirə edəcək.


width="220" alt="Yaponiya Baş naziri Şigeru İşiba istefa verəcəyini açıqlayacaq" />
width="220" alt="ABŞ ilə sazişin ardından Yaponiyanın baş naziri istefa barədə düşünür" />
width="220" alt="Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />