İsrail müdafiə naziri: Suriya hökumət qüvvələrinə zərbələr davam edəcək
sizinxeber.az xəbər saytı

İsrail müdafiə naziri: Suriya hökumət qüvvələrinə zərbələr davam edəcək


İsrailin müdafiə naziri İsrael Katz İsrail ordusunun Suriya hökumət qüvvələrini hədəfə almağa davam edəcəyini deyib.

Sizinxeber.az “Times of Israel”ə istinadən xəbər verir ki, Katz Suriya hökumət qüvvələrini Sveyda şəhərini tərk etməyə çağırıb.

O, İsrailin Suriyadakı druzları tək qoymayacağını bildirib və bölgənin demilitarizasiyasını təmin edəcəyini bəyan edib.

Suriya mediası isə atəşkəs elan olunmasından sonra yenidən qarşıdurmaların başladağına dair məlumatlar yayıb.

Məlumata görə, hökumət qüvvələri və druzlar arasında Suriyanın cənubundakı Suveyda şəhərində toqquşmalar başlayıb.

Suriya Müdafiə Nazirliyi atəşkəsin druzlar tərəfindən pozulduğunu bəyan edib.

Qeyd edək ki, son bir neçə gün ərzində Suriyanın Suveyda şəhərində druzlar və bədəvi qəbilələr arasında silahlı münaqişələr yaşanıb.

Suriya hökumət qüvvələrinin müdaxiləsindən sonra atəşkəs əldə edilmişdi.

Oxşar xəbərlər

Netanyahu druzları qorumaq üçün Suriya qüvvələrini hədəf almağı tapşırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya hökumət qüvvələri druzların çoxluq təşkil etdiyi bölgəyə daxil olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hərbçilərinə Suriya ilə bufer zonada nəzarəti təmin etmək əmri verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Suriyanın Es-Süveyda şəhərinə zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Suriyanın yeni hakimiyyətini hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər