"Mazda" ABŞ-da 171 mindən çox avtomobili geri çağırır
Yaponiyanın "Mazda" şirkəti ABŞ-da 171 min 200-dən çox avtomobili təhlükəsizlik yastıqları ilə bağlı potensial problem səbəbilə geri çağırır.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.
Söhbət 2024–2025-ci il istehsalı olan bəzi "CX-30" və "Mazda 3" modellərindən gedir. Bu avtomobillərdə quraşdırılmış təkmilləşdirilmiş təhlükəsizlik yastığı sensor modulları batareyanın zəif olması halında səhv siqnal verə və təhlükəsizlik yastıqlarını deaktiv edə bilər.
Nəticədə qəza zamanı təhlükəsizlik yastıqları işə düşməyə bilər.
Şirkət bildirir ki, dilərlər modulları ödənişsiz şəkildə yenidən proqramlaşdıracaq və ya zərurət olduqda onları dəyişəcək.
Oxşar xəbərlər
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa edib
Lənkəranda "Mazda" markalı minik avtomobili yanıb
Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri 8 396 297 596,0 manat olacaq
KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
