Rubio və Modi ABŞ-Hindistan əlaqələrinin inkişaf yollarını müzakirə ediblər - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
16:00
0
0
1 069
ff aaaaaaa

Rubio və Modi ABŞ-Hindistan əlaqələrinin inkişaf yollarını müzakirə ediblər - YENİLƏNİB

23 may, 2026
16:00
1 069

Rubio və Modi ABŞ-Hindistan əlaqələrinin inkişaf yollarını müzakirə ediblər - YENİLƏNİB

ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri çərçivəsində Baş nazir Narendra Modi ilə danışıqlar aparıb.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "News18" kanalı məlumat yayıb.

Rubio ABŞ Prezidenti Donald Trampın adından Modini yaxın gələcəkdə Birləşmiş Ştatlara səfər etməyə dəvət edib.

Öz növbəsində, ABŞ-nin Hindistandakı səfiri Sercio Qor sosial şəbəkələrdə bildirib ki, Rubio və Modi arasında danışıqlar zamanı iki ölkə arasında təhlükəsizlik, ticarət və qabaqcıl texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.

ABŞ dövlət katibi Marko Rubio Hindistana dördgünlük səfərə gedib.

"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Hindistan mediasının məlumatına görə, ölkə rəsmiləri ilə ikitərəfli görüşlərdən əlavə, Rubionun Nyu-Delhidə "dördlük" ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul