KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir
sizinxeber.az xəbər saytı

KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiyada təhlükəsizlik və sabitliyi möhkəmləndirməlidir. Bu, çox mürəkkəb bir tapşırıqdır”.

APA-nın məlumatına görə, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin ali inzibati rəhbər heyətinin 12-ci görüşündə deyib.

Tədbirdə KTMT və MDB-nin nizamnamələrinin müddəalarının ŞƏT-in ruhuna uyğunluğu, eləcə də hər üç təşkilatın öz sahəsində Avrasiya regionunda yeni təhlükəsizlik strukturunun formalaşdırılması prinsipinə sadiqliyi vurğulanıb.

Görüşdə beynəlxalq aləmdə vəziyyət, eləcə də regional təhlükəsizlik üzrə aktual məsələlər nəzərdən keçirilib, eyni zamanda ölkələrin yeni çağırış və təhlükələrə hazır olmasının vacibliyi barədə fikirlər səslənib.

Oxşar xəbərlər

Baş katib: Hərbi təlimlərdə iştirak etməsə də, KTMT Ermənistanı tamhüquqlu tərəfdaş sayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTMT: Qərbin Qafqazda təsir gücünü artırmaq cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTMT: Ukraynadakı müharibənin təşkilatın məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər