sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bessent: ABŞ-ın reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm
ABŞ-ın maliyyə naziri Skott Bessent bu həftə ABŞ-ın kredit reytinqini endirən Moody’s reytinq agentliyinə etibar etmədiyini bildirib.
Sizinxeber.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Əhəmiyyətli olan budur ki, Prezident Donald Tramp Yaxın Şərqə tarixi səfərdən yenicə qayıdıb və ABŞ-a trilyonlarla dollar sərmayə gəlir. İnvestorlardan inam görürük, buna görə də Moody’s-ə etibarım azdır,” – deyə Bessent söyləyib.
Xatırladaq ki, Moody’s reytinq agentliyi ABŞ-ın dövlət borcunun artmasını əsas gətirərək ölkənin kredit reytinqini AAA səviyyəsindən AA1 səviyyəsinə endirib və bu dəyişiklik üçün stabil proqnoz verib.
Oxşar xəbərlər
“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb
ING: "Moody’s" Azərbaycana investisiya reytinqi verə bilər
“Moody’s” ADY-nin kredit reytinqini yüksəldib
"Moody’s" Azərbaycanın kredit reytinqini yüksəltmək üçün şərtləri açıqlayıb
“Moody's” artan dövlət borcuna görə ABŞ-ın reytinqini aşağı salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













