Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib
ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən “MEGOBARI Aktı” rəsmi şəkildə Senatın müzakirəsinə təqdim olunub.
Sizinxeber.az-nın Tbilisi müxbirinin məlumatına görə, qanun layihəsi Senatın gündəliyinə "Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının Gürcüstan xalqına təsirlərinə müqavimət aktı" adı altında daxil edilib.
Sənəd Senat tərəfindən də təsdiqləndiyi halda, qanun qüvvəyə minəcək.
Qeyd edək ki, “MEGOBARI Aktı” Gürcüstanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqini, habelə ABŞ-Gürcüstan münasibətlərinin, o cümlədən bütün yardım proqramlarının hərtərəfli şəkildə yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
ABŞ-nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












