Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ABŞ-nin “FARA” (Xarici Agentlırin Qeydiyyatı Aktı) qanununun hazırkı versiyasının surəti olacaq yeni qanun layihəsi təşəbbüsü irəli sürəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
“ABŞ-nin yeni hökuməti etiraf edib ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda iğtişaşlara və inqilaba dəstək üçün istifadə olunub. Keçən il Parlament “Fara”nın hələ tam tətbiq olunmamış yüngül versiyasını qəbul etdi. Ancaq bilirsiniz ki, onun qüvvəyə minməsinə baxmayaraq, xaricdən maliyyə alan varlı və iri QHT-lər reyestrdə qeydə alınmayıb. Buna görə də biz bunun əvəzində yeni Amerikanın FARA qanununun hazırkı variantının birbaşa surətini qəbul edəcəyik və onun tam icrasını təmin edəcəyik”, - Mdinaradze qeyd edib.
Onun sözlərinə görə, paralel olaraq hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq və bunun üçün “Qrantlar haqqında” qanuna düzəliş ediləcək.
Oxşar xəbərlər
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













