Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanun bu gündən qüvvəyə minib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qanuna əsasən büdcəsinin 20 faizindən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları və media subyektləri "xarici qüvvənin marağını qoruyan" təşkilat kimi reyestrdən keçməlidir.
Qanuna riayət etməyən təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.
Mübahisəli qanunun qəbul edilməsi ilə əlaqədar Aİ Gürcüstanın inteqrasiyasını dayandırıb. ABŞ isə qanunun qəbul edilməsində iştirak edən Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.
Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları qanunu "Rus qanunu" adlandırırlar.
Gürcüstan hökuməti qanunun məqsədinin ölkədə QHT-lərin qeyri-şəffaf maliyyələşməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edir.
Oxşar xəbərlər
BMT Gürcüstanı “xarici agentlər haqqında” qanunu qəbul etməməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın ÇL-də rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan müxalifəti "Xarici təsir" qanununun ləğvi üçün məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












