Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2025
19:50

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB

05 may, 2025
19:50
569

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyir.

“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp qeyd edib.

Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.

***

19:00

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edilib.

Ərdoğan Trampı Türkiyəyə dəvət edib.

Bizimlə əlaqə saxlayın