KİV: “Tesla”nın idarə heyəti yeni şirkət üçün yeni direktor axtarışına başlayır
sizinxeber.az xəbər saytı

KİV: “Tesla”nın idarə heyəti yeni şirkət üçün yeni direktor axtarışına başlayır


Elektrikli avtomobil istehsalçısı olan “Tesla”nın direktorlar şurası şirkətin qurucusu İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, bu, “Tesla” səhmlərinin aşağı düşməsi və Maskın ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) kuratoru kimi fəaliyyətinə həddən artıq diqqət yetirdiyinə inanan bəzi investorların narazılığı ilə bağlıdır.

İdarə Heyətinin üzvləri əvvəllər Maskdan “Tesla”nın işlərində daha fəal rol almasını xahiş etmişdilər. Lakin onun üçün varis axtarışı ilə bağlı onu xəbərdar edib-etmədikləri məlum deyil.

Oxşar xəbərlər

İlon Maskın sərvəti 400 milyard dolları ötüb
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
NBC: Martın 29-da ABŞ-də “Tesla” əleyhinə 200-dən çox aksiya keçiriləcək
Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb
2025-ci ilə qədər uçan Tesla istehsal olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər