AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən kompensasiyanın köçürülməsi yaxın zamanda planlaşdırılır
Artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev Sizinxeber.az İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə bağlı suala cavab verərkən deyib.
Samir Rzayev əlavə edib ki, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək:
"Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir".
Oxşar xəbərlər
AZAL: Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda məlumat açıqlanacaq
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
Dövlət başçısı: Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq
Prezident İlham Əliyev: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
