Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2026
00:00
0
0
1 105
ff aaaaaaa

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb

24 may, 2026
00:00
1 105

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb

Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.

M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Bakıda WUF13 zamanı BMT Baş katibi vəzifəsinə namizəd olan Rebeka Qrinspenlə COP31 ərəfəsində iqlim və inkişaf prioritetlərinin bir-biri ilə sıx uzlaşmasını təmin etməklə yanaşı, adaptasiya maliyyəsinin artırılması və icra dəstəyinin gücləndirilməsi zərurətini müzakirə etdik".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul