İranın-ABŞ danışıqlarında hələ 3 mübahisəli mövzunun qaldığı bildirilir
sizinxeber.az xəbər saytı

İranın-ABŞ danışıqlarında hələ 3 mübahisəli mövzunun qaldığı bildirilir


İranla ABŞ arasında gedən danışıqlarda bu mərhələdə nüvə mövzusu danışıqlara daxil olmayacaq.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yalnız qarşı tərəf etimadyaradıcı şərtləri yerinə yetirərsə, növbəti raundda nüvə məsələləri müzakirə edilə bilər.

İkinci əsas şərt dondurulmuş vəsaitlərin qaytarılmasıdır. Xəbərdə bildirilir ki, İranın danışıqlara daxil olması üçün əvvəlcə dondurulmuş aktivlər azad edilməlidir.

Üçüncü məsələ Hörmüz boğazı ilə bağlıdır. ABŞ boğazda vəziyyətin tam əvvəlki halına qayıtmasını istəsə də, İran yalnız gəmilərin sayının əvvəlki vəziyyətə qaytarılmasını öhdəsinə götürdüyünü bildirir.

Məlumata görə, bu, gəmilərin İranın müəyyən etdiyi marşrutdan keçməsi və yalnız Tehranın qəbul etdiyi sayda gəmiyə icazə verilməsi anlamına gəlir.

Agentliyin adını açıqlamadığı mənbə onu da vurğulayıb ki, ABŞ bir çox məsələdə İranın mövqelərini qəbul etsə də, bu üç əsas maneə hələ də qalır və İran bütün ssenarilərə hazırdır.

Oxşar xəbərlər

KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
Avropa üçlüyü İstanbulda İranla nüvə məsələsini müzakirə edəcək, rəsmi danışıqlar aparılmayacaq
İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib
KİV: İran Hörmüz boğazında Oman tərəfdən gəmilərin hücum riski olmadan keçməsi ilə bağlı təklif irəli sürüb
Netanyahu: İranla müharibə bitmiş sayılmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər