"Rayonlarda real iş imkanları yaradılmalıdır, başqa cür bu problemi həll etmək çətin görünür"
sizinxeber.az xəbər saytı

"Rayonlarda real iş imkanları yaradılmalıdır, başqa cür bu problemi həll etmək çətin görünür"


Son illər bölgələrdən Bakıya köç tendensiyası daha da güclənməkdə davam edir. İnsanlar daha çox iş imkanları, keyfiyyətli təhsil, səhiyyə xidmətləri və sosial təminat əldə etmək məqsədilə paytaxta üz tuturlar. Xüsusilə gənclər arasında Bakıda yaşamaq və işləmək istəyinin artması bu prosesin sürətlənməsinə təsir göstərir.

Çünki bir çox hallarda əsas iqtisadi və sosial imkanlar məhz paytaxtda cəmləşir. Bu miqrasiya axını isə Bakıda bir sıra əlavə problemlərin yaranmasına səbəb olur. Əhali sıxlığının artması nəqliyyat yükünü ağırlaşdırır, tıxacların sayını çoxaldır, kirayə mənzil bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda məktəblər, xəstəxanalar və digər ictimai xidmət sahələri üzərində də ciddi yük formalaşır. Paytaxtın infrastrukturu artan əhali sayına uyğun şəkildə daha çox təzyiqlə qarşılaşır.

Sizinxeber.Az xəbər verir ki  Deputat Fazil Mustafa mövzu ilə bağlı Demokrat.az-a deyib ki, Bakıda bu köç dalğasını müəyyən dərəcədə tənzimləmək olar:

“Tıxacların, məktəblərdə və təhsil müəssisələrində yaranan sıxlığın qarşısını almaq üçün əsas yol regionlarda sahibkarlığın inkişaf etdirilməsidir. İnsanlara bölgələrdə real iş imkanları yaradılmalıdır. Başqa cür bu problemi həll etmək çətin görünür. Çünki regionlarda inkişaf yetərli səviyyədə olmadıqca, insanların yalnız dövlət müəssisələrində çalışaraq gəlir əldə etməyə çalışması vəziyyəti dəyişmir. Üstəlik, həmin iş imkanları da hər kəs üçün əlçatan olmur. Nəticədə insanlar yenə də ümidlərini Bakıda iş tapmağa bağlayırlar. Buna görə də regionların formal deyil, real və davamlı inkişafı təmin edilməlidir. Yalnız bundan sonra həm paytaxta axının azalması, həm də mövcud problemlərin mərhələli şəkildə həlli mümkün ola bilər”.

Oxşar xəbərlər

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA 
Hamı Bakıya gəlir, Bakı hara getsin?
Azərbaycanda Gənclərin Əsas Problemləri və Həll Yolları
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər