Tramp USAID-in büdcəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır, bəzi səfirliklər bağlanacaq
ABŞ Prezidenti Donald Tramp, Dövlət Departamentinin və USAID-in büdcəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “The New York Times” 16 səhifədən ibarət sənəd layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 2026-cı maliyyə ili üçün nəzərdə tutulan bu təklif, ümumi büdcənin 54,4 milyard dollardan 28,4 milyard dollara endirilməsini əhatə edir. Bu plan, xarici yardım proqramlarının 75%-ə qədər azaldılmasını və USAID-in ləğvini nəzərdə tutur.
Bu təşəbbüs çərçivəsində, ABŞ-ın Afrika və Avropadakı 30-a qədər diplomatik missiyasının bağlanması planlaşdırılır. Bağlanması nəzərdə tutulan səfirliklər arasında Eritreya, Lüksemburq, Cənubi Sudan və Malta da var. Eyni zamanda, Edinburq, Florensiya və Almaniyanın bəzi şəhərlərindəki konsulluqların da bağlanması gündəmdədir.
Bu plan, ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərə səbəb ola və Afrika ölkələri ilə münasibətlərdə gərginliklərə yol aça bilər. Xüsusilə, Cənubi Afrika ilə əlaqələrdə bu qərarın təsiri hiss olunacaq. Tramp administrasiyası, Cənubi Afrikadakı torpaq islahatları və digər məsələlərlə bağlı narahatlıqlarını ifadə edib və bu ölkəyə yardımı dayandırmaq qərarı alıb.
Oxşar xəbərlər
Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır
Tramp Dövlət Departamentinin büdcəsini 50%-ə qədər azaldacaq
Tramp USAID işçilərini ixtisar etməyi planlaşdırır
ABŞ Dövlət Departamenti iyulun 1-dək USAID-i yenidən təşkil etməyi planlaşdırır
Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













