sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mask da Trampın rüsum siyasətinə qarşı çıxıb
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
APA xəbər verir ki, o, bu barədə İtaliyada keçirilən “Liqa Konqresi”ndə çıxışı zamanı bildirib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-ın azad ticarət zonası yaratmaqla, ideal şəkildə sıfır rüsum vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - deyə o bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-a da şamil edilməlidir.
Oxşar xəbərlər
Mask Trampın tariflərinə qarşı çıxıb
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib
Vens: Mask ABŞ administrasiyasında qalacaq
İlon Mask ukraynalı oliqarxlara sanksiya tətbiq olunmasını təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













