Senat Trampın federal səhiyyə xidmətlərinə irəli sürdüyün türk namizədi təsdiqləyib
sizinxeber.az xəbər saytı

Senat Trampın federal səhiyyə xidmətlərinə irəli sürdüyün türk namizədi təsdiqləyib


ABŞ Senatı türk ürək cərrahı Mehmet Özün federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in (CMS) direktorluğuna namizədliyini təsdiqləyib.

Sizinxeber.az xəbər verir ki, Senatda keçirilən səsvermədə Öz 53 “lehinə” və 45 “əleyhinə” səsi alaraq mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ölkənin ən yüksək qurumunu idarə edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.

Qeyd edək ki, qurum 160 milyon amerikalının illik xərclərinin 1 trilyon dollardan çoxunu əhatə edən tibbi sığortasına nəzarət edir.

ABŞ-da “Medicare” 65 yaşdan yuxarı olan yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. “Medicaid” isə aztəminatlı ailələri tibbi sığorta ilə təmin edən birgə federal və əyalət proqramıdır.

Oxşar xəbərlər

Tramp türk həkim Mehmet Özün mühüm vəzifəyə namizədliyini irəli sürüb
Tramp həkim Mehmet Özün namizədliyini irəli sürüb
Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək
ABŞ Senatı kiçik Kennedini səhiyyə naziri vəzifəsinə təsdiq edib
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər