Tramp həkim Mehmet Özün namizədliyini irəli sürüb
sizinxeber.az xəbər saytı

Tramp həkim Mehmet Özün namizədliyini irəli sürüb


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri, olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

APA xəbər verir ki, Tramp bu haqda açıqlamanı “Truth” sosial media platformasındakı hesabında verib.

Tramp, ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib.

Oxşar xəbərlər

Tramp səhiyyə naziri vəzifəsinə Robert Kennedinin namizədliyini irəli sürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp türkəsilli həkimə vəzifə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-nin energetika naziri vəzifəsinə Kris Raytın namizədliyini irəli sürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər