ABŞ Senatı kiçik Kennedini səhiyyə naziri vəzifəsinə təsdiq edib
ABŞ Konqresinin yuxarı palatası kiçik Robert Kennedini səhiyyə naziri vəzifəsinə namizədliyini dəstəkləyib.
"Sizinxeber.az" ABŞ mətbuatına istinadən xəbər verir ki, Kennedinin lehinə 52, əleyhinə isə 48 senator səs verib.
Keçən həftə Senatın Maliyyə Komitəsi aparılan səsvermədə Kennedi bir səs fərqi ilə təsdiqlənib: komitədəki 14 respublikaçının hamısı onun namizədliyinin lehinə, 12 demokrat və bir müstəqil şəxs isə əleyhinə səs verib.
ABŞ mediasının məlumatına görə, büdcəsi 1,7 trilyon dollar olan Səhiyyə Nazirliyinin rəhbəri peyvənd, xəstəxanaların yoxlanılması, qida keyfiyyətinə nəzarət, tibbi sığortanın təmin edilməsi və təhlükəli xəstəliklərin öyrənilməsi sahəsində tövsiyələrə nəzarət edir.
Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.
Oxşar xəbərlər
Senatın komitəsi kiçik Kennedinin ABŞ-nin səhiyyə naziri vəzifəsinə təsdiqini tövsiyə edir
Konqres Robert Kennedini ABŞ-nin səhiyyə naziri kimi təsdiqləyib
Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər
Tramp səhiyyə naziri vəzifəsinə Robert Kennedinin namizədliyini irəli sürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
