Ağ Ev Ukrayna ilə bağlı razılaşma əldə edilə biləcəyini düşünür
sizinxeber.az xəbər saytı

Ağ Ev Ukrayna ilə bağlı razılaşma əldə edilə biləcəyini düşünür


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər, lakin o, Kiyevə silah verməkdən imtina etməməlidir.

APA xəbər verir ki, bu fikri CNN telekanalında Vaşinqton administrasiyasının hazırkı rəhbərinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Biz hamımız Trampın Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini eşitmişik. Lakin biz Trampın da uzun müddətdir ki, inamını ifadə etdiyini eşitmişik ki, o, Amerika üçün yaxşı bir razılaşma əldə etməlidir. Amerika üçün yaxşı bir razılaşma isə o deməkdir ki, bizə təsir rıçaqları lazımdır və bu rıçaq Ukraynaya davamlı hərbi yardımdır”, - deyə ABŞ prezidentinin müşaviri bildirib.

Onun sözlərinə görə, Tramp Rusiyaya “Siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, Avropa Ukraynanı dəstəkləyəcək” məzmunlu mesaj verməlidir.

Oxşar xəbərlər

Ağ Ev Ukraynada sülhün əldə olunacağına nikbin baxır
Sallivan: Ukraynaya nüvə silahının verilməsi planlaşdırılmır
Baydenin köməkçisi Sallivan Kiyevə səfər edib
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər