BMT Təhlükəsizlik Şurası Suriyaya dair bəyanat yayıb
BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri əsasında inklüziv siyasi prosesin aparılmasına çağırıb.
APA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilib.
Şura üzvləri BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin bu prosesin asanlaşdırılmasında səylərini dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Bəyanatda bütün suriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan və gələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyən etməyə imkan verən bir prosesin zəruriliyi vurğulanıb. Şura həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb.
Oxşar xəbərlər
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib
G7 liderləri Suriyada keçid hökumətini dəstəkləməyə hazır olduqlarını bildiriblər
Rusiya XİN: Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir
Astanada Suriya münaqişəsinin həlli müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
