Orxan Məmmədov vətəndaşları qəbul edib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaşları qəbul edib.
"Report" KOBİA-ya istinadən xəbər verir ki, qəbul zamanı sahibkarların biznes fəaliyyəti, investisiya təşəbbüsləri, maliyyə resurslarına çıxış, dövlət dəstəyi mexanizmləri və digər məsələlərlə bağlı müraciətləri və təklifləri dinlənilib.
O.Məmmədov sahibkarlara dövlətin biznes subyektləri üçün təqdim etdiyi mövcud dəstək alətləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görüləcək. Araşdırma tələb edən müraciətlər üzrə isə aidiyyəti qurumlarla birgə Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq işlər aparılacaq.
Oxşar xəbərlər
KOBİA: TDT ölkələrinin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığa dair təşəbbüslərimiz var
Orxan Məmmədov: "Azərbaycanda 182 KOB subyekti “Startap” şəhadətnaməsi alıb"
Azərbaycanda KOB-lar üçün yeni təşviq alətlərinin yaradılması müzakirə edilib
Azərbaycanda son 6 ildə KOB subyektlərinin sayı 74 % artıb
KOBİA Belarus sahibkarlarına Qarabağda tərəfdaşlar tapmaqda dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
