Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib
Suriyada baş verən dramatik hadisələri hədsiz narahatlıqla izləyirik.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bildirilib ki, Bəşər Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək, ölkəni tərk edib.
"Rusiya bu danışıqlarda iştirak etməyib.
Eyni zamanda, biz bütün tərəfləri zorakılıqdan əl çəkməyə və bütün idarəetmə məsələlərini siyasi vasitələrlə həll etməyə inandırıcı çağırışla çağırırıq.
Bununla əlaqədar Rusiya Federasiyası Suriya müxalifətinin bütün qrupları ilə təmas saxlayır
Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 2254 saylı qətnamə əsasında inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik.
Ümid edirik ki, bu yanaşmalar BMT və bütün maraqlı oyunçular tərəfindən, o cümlədən BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Helmet Pedersenin Suriyalararası inklüziv danışıqların təcili təşkili təşəbbüsünün həyata keçirilməsi kontekstində nəzərə alınacaqdır.
Eyni zamanda Suriyadakı vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür.
Rusiyanın Suriyadakı hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhlükə yoxdur" deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Oxşar xəbərlər
KİV: Bəşər Əsəd Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Bəşər Əsədi dəstəkləməyə davam edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şoyqu Bəşər Əsədlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












