Rusiya XİN: Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir
Rusiya üçün Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir. İki ölkə xalqları arasında münasibətlər bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Əminik ki, ölkələrimizin xalqları arasında əvvəlki onilliklər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək. Biz öz tərəfimizdən hesab edirik ki, Suriya Ərəb Respublikasında vəziyyətin davamlı normallaşmasına gedən yol milli harmoniyaya nail olmaq və əsas prinsiplərə uyğun olaraq hərtərəfli siyasi nizamlanma prosesini təşviq etmək məqsədi daşıyan inklüziv suriyalılararası dialoqun başlanmasından keçir. Hansı ki, bu, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində müəyyən edilib. Moskva ümid edir ki, Dəməşq dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşları üçün vətən olaraq qalacaq", - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Oxşar xəbərlər
Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7 liderləri Suriyada keçid hökumətini dəstəkləməyə hazır olduqlarını bildiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva: Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













