Tramp texnologiya əleyhdarı olan Amiş tayfalarını səs verməyə inandırıb
sizinxeber.az xəbər saytı

Tramp texnologiya əleyhdarı olan Amiş tayfalarını səs verməyə inandırıb


ABŞ seçkilərində bütün tərəfdarlarını sandıq başına yığmağa çalışan Trampın Pensilvaniya ştatında texnologiya əleyhdarı olan Amiş qəbilələrini səs verməyə razı salaraq 10 mindən çox seçici qazandığı məlum olub.

APA xəbər verir ki, təxminən 240 milyon seçicisi olan ölkədə 81 milyondan çox amerikalı vaxtından əvvəl səs verib.

Qeyd edək ki, ölkədəki mühüm azlıqlardan biri də Amiş məzhəbidir. 19 nümayəndənin olduğu və seçkilərin taleyini təyin edəcək kritik əyalətlərdən biri olan Pensilvaniyada 100 minə yaxın üzvü olan Amiş təriqətinin Tramp tərəfindən seçkiyə getməyə razı salındığı üzə çıxıb.

Əldə olunan məlumata görə artıq 10.000-dən çox Amiş seçicisi səs verib.

Amişlərin seçkidə iştirakının ABŞ seçkilərini kritik şəkildə Trampın xeyrinə dəyişəcəyi bildirilir.

Oxşar xəbərlər

Tramp: Demokratlar ABŞ-ni III Dünya Müharibəsinə aparacaq
Donald Tramp ABŞ prezidentliyi yarışında kritik ştatlarda liderliyi ələ alıb
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
Tramp prezident seçkilərində səs verib
Tramp Pensilvaniyada geniş saxtakarlıq edildiyini iddia edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər