KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
ABŞ-da keçirilən seçki debatlarında iştirak edənlərdən heç biri rəqibini nokauta sala bilməyib.
APA xəbər verir ki, bu barədə “The New York Times”ın ABŞ prezidentliyinə Respublikaçılar və Demokratlar partiyalarından namizədlər Donald Tramp və Kamala Harris arasında çərşənbə axşamı keçirilən debatının şərhində bildirilib.
Qəzet yazır ki, gərgin məqamların çoxluğuna baxmayaraq, noyabrda keçiriləcək çox gərgin seçkilər ərəfəsində dinamikanı kökündən dəyişdirə biləcək nokaut görünmür.
Bildirilib ki, Harris “əsasən aydın mesaj çatdırmağı bacarıb”, Tramp isə “qəzəbli və müdafiəçi görünürüb”.
Qeyd edək ki, çərşənbə axşamı Pensilvaniya ştatının Filadelfiya şəhərində Harris və Tramp arasında teledebat baş tutub. “ABC News” tərəfindən təşkil edilən və Amerikanın bütün əsas televiziya xəbər şəbəkələri tərəfindən canlı yayımlanan raund rəqiblərin yeganə görüşü ola bilər. Çünki Tramp və Harris hələ də növbəti görüş barədə razılığa gələ bilməyiblər.
Oxşar xəbərlər
Harris Trampla debatda qapalı mikrofon qaydası ilə razılaşıb
Tramp və Harris oktyabrda ikinci teledebat keçirmək barədə razılığa gəliblər
Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib
ABC Tramp-Harris debatı ilə bağlı məlumatı təsdiqləyib
Harris: Tramp ticarət müharibələrinin başlamasına töhfə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













